İbrahimoviç 100 milyondan imtina edib
Zlatan İbrahimoviç Çindən gələn 100 milyon avroluq təklifi rədd edib. SportLine.az xəbər verir ki, bunu futbolçunun agenti Mino Royala açıqlayıb: “ İbrahimoviçi pul maraqlandırmır. Onun əsas məqsədi qələbə qazanmaqdır. Bəxtim gətirib ki, əsl çempionla işləyirəm”. Qeyd edək ki, Zlatan “Mançester Yunayted”də həftəyə 200 mindən çox funt sterlinq qazanır.