İbrahimoviç "Mançester Yunayted"dən ayrılır

Zlatan İbrahimoviç "Mançester Yunayted"lə yollarını ayırmaq qərarına gəlib. Sportline.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, isveçli forvard karyerasını ABŞ çempionatında davam etdirəcək. Onun  "Los Anceles Qalaksi" klubu ilə anlaşdığı bildirilir. Xatırladaq ki,  İbrahimoviç bir müddət əvvəl MLS-də oynaya biləcəyini açıqlamışdı.