İbrahimoviç qərarını verdi

"Mançester Yunayted"in forvardı Zlatan İbrahimoviç karyerasını davam etdirmək niyyətindədir. Sportline.az xəbər verir ki, sosial şəbəkədə fikirlərini bölüşən isveçli futboldan getməyi düşünmədiyini bildirib: "Məni dəstəkləyənlərə təşəkkür edirəm. Artıq dəqiqdir ki, zədə səbəbindən bir müddət oynamayacağam. Ancaq yaşıl meydanlara daha güclü qayıdacağam. Karyeramı bitirməklə bağlı qərarı özüm verəcəm. Ancaq hələ bu barədə düşünmürəm".

Xatırladaq ki. İbrahimoviç Avropa Liqasının 1/4 finalında "Anderlext"lə cavab oyununda zədələnib. Onun təxminən gələn ilin yanvar ayına kimi oynamayacağı bildirilir.