İdmançılar faciəvi şəkildə öldülər

Kanadanın Britaniya Kolumbiyası əyalətinin Surrey şəhərində baş vermiş yol qəzası zamanı ölkənin üç gənc xokkeyçisi həyatını itirib.

Sportline.az xəbər verir ki, bu barədə Qərbi Xokkey Liqasının "Edmonton Oil Kings" klubu bu tvitterdə məlumat yayıb.

Məlumata görə, avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı maşında Ronin Sharma (16 yaş), Kaleb Raymer (16 yaş) və Parker Magnusson (17 yaş) olub. Onların hər üçü qəzada ölüb.

"Bütün təşkilat adından Raymerin, Ronin Sharmanın və Parker Magnussonun ailələrinə dərin hüznlə başsağlığı vermək istəyirəm.

Kaleb həm buz üzərində, həm də ondan kənarda parlaq gələcəyi olan bir gənc idi. O, əla komanda yoldaşı və əla dost idi", - “Edmonton Oil Kings”in direktoru Kirt Hill deyib.