"İdmançılarımızın çıxışını yaxşı qiymətləndiriəm"

Azərbaycan Badminton Federasiyasının prezidentinin müşaviri Əjdər Cəfərov idmançıların çıxışını yaxşı qiymətləndirib.

Sportline.az-ın Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, bunu federasiya rəsmisi jurnalistlərə açıqlamasında deyib.

O, yaxşı hazırlıq keçdiklərini bildirib:

"İdmançılarımızın çıxışını yaxşı qiymətləndirirəm. Çünki regional idmançılardan istifadə etməmişik. Yeniyetmə idmançılarımızn beynəlxalq arenada uğurlu çıxışı bizi doğrudan da sevindirir. İnanıram ki, bu yarışlar idmançılarımızın inkişafında xüsusi rol oynayacaq".

O, təcrübə çatışmazlığını qabardıb:

"Deyərdim ki, qızıl medal üçün təcrübə çatışmadı. Xüsusi texniki hazırlıqlar yüksək səviyyədə idi. Beynəlxalq turnirlərdə ilk dəfə iştirak edən idmançılarımız vardı. Ev sahibi olmağımız onlarda məsuliyyət yaradırdı. İnanıram ki, bu idmançılar gələcəkdə yüksək nəticələr əldə edəcəklər".

Qeyd edək ki, Azərbaycan badmintonçuları III MDB Oyunlarını bir gümüş, 6 bürünc medalla başa vurublar.