İdmançımız Xüsusi Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb

Birləşmiş Ərəb Əmirliklərində Xüsusi Yay Olimpiya Oyunları davam edir.

Sportline.az xəbər verir ki, pauerliftinqçimiz Aytac Səmədova Xüsusi Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb. İdmançımız 47 kiloqram çəki dərəcəsində toplam 152,5 kiloqram ağırlıq qaldıraraq 4 hərəkətin cəmində ikinci pillədə qərarlaşıb.

Azərbaycan bu nüfuzlu yarışda 54 idmançı ilə təmsil olunur. İdmançılarımız atletika, pauerliftinq, cüdo, stolüstü tennis, badminton, futbol, həndbol, basketbol, voleybol və üzgüçülük yarışlarında çıxış edirlər.