III MDB Oyunları: Azərbaycan komandası avarçəkmə yarışlarına medalla başlayıb

III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarına Azərbaycan komandası medalla başlayıb.

Sportline.az-ın yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Amil Ramazanov birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medal qazanıb.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.