"III MDB Oyunları yüksək səviyyədə təşkil olunub"
Azərbaycanda keçirilən III MDB Oyunları yüksək səviyyədə təşkil olunub.
Sportline.az-ın yarşa ezam olunan əməkdaşının məlumatına görə, bunu Rusiya Avarçəkmə Federasiyasının prezidenti Aleksey Svirin deyib.
O, III MDB Oyunlarının yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib:
"Azərbaycana hər zaman məmnuniyyətlə gəlirik. Hazırlıq səviyyəsi göz önündədir - bu yarışlara böyük məsuliyyət və peşəkarlıqla yanaşmısınız. Müasir idman dünyasında hər bir beynəlxalq yarış gənc atletlər üçün əvəzolunmaz təcrübə, rəqabət imkanı və yeni tanışlıqlar deməkdir", – deyə o söyləyib.
Mingəçevirdəki şəraitin yüksək beynəlxalq standartlara tam cavab verdiyini deyən federasiya rəsmisi ənənələri davam etdirdiklərini vurğulayıb:
"Məşqçi heyətimiz uzun illərin təcrübəsinə əsaslanaraq idman məktəblərinin ənənələrini davam etdirir. Bu səbəbdən komandamızın medal cədvəlində birinci pillədə qərarlaşmasını görmək xoşdur".
Svirin Belarus, Azərbaycan və Özbəkistan komandalarını xüsusi qeyd edib və idmançılara uğurlar azrulayıb:
"Atletlərə qələbə arzu edirəm. Kimsə podiuma qalxa bilməzsə belə, bu, yolun sonu deyil. Əsas odur ki, hər bir nəticəni düzgün təhlil edib, irəliyə doğru addımlasınlar. Ən vacibi ruhdan düşməmək və qalib gələndə də təvazökarlığı qorumaqdır. Əlbəttə, burada – bu startlar zamanı yaranan dostluqları gələcək illərdə də qoruyub saxlamaq lazımdır".