İkardinin son durumu açıqlandı
Ağır zədə ucbatından ötən mövsümün sonunu kənardan izləyən Mauro İkardi müalicəsini başa vurmaq üzrədir.
Sportline.az xəbər verir ki, "Qalatasaray" ulduz futbolçu haqqında sevindirici məlumat paylaşıb.
İstanbul klubunun sosial media platformalarında argentinalı forvardın məşqlərə başladığı bildirilib.
Paylaşımda İkardinin artıq fitnes zalından əlavə yaşıl meydanda da həkimlərin nəzarəti ilə məşq etdiyi aydın olur.