İlin ən yaxşı qapıçısı
FİFA "İlin ən yaxşı qapıçısı"nı açıqlayıb. SportLine.az xəbər verir ki, Londonun "Palladium" teatrında keçirilən tədbirdə "Yuventus" və İtaliya millisinin üzvü Canluici Buffon Keylor Navas ("Real Madrid”, İspaniya) və Manuel Noyeri ("Bavariya”, Almaniya) qabaqlayıb və "ən yaxşı" adına sahib çıxıb.
Qeyd edək ki, Buffon “Yuventus”la ötən mövsüm A Seriyasında çempion olub.