İlkay Gündoğan ən yaxşı seçildi

Almaniyada keçirilən Avropa çempionatında bu gün qrup mərhələsinin ikinci turuna start verilib.

Sportline.az xəbər verir ki, turun ilk oyununda Macarıstanla qarşılaşan Almaniya millisi 2-0 hesablı qələbə ilə pley-offa vəsiqəni təmin edib.

Uurda əsas pay sahiblərindən biri komandanın kapitanı İlkay Gündoğan olub.

İlk qolun asistenti, ikinci qolun isə müəllifi mükafatsız qalmayıb.

Türk əsilli futbolçu görüşün ən yaxşı oyunçusu kimi təbrikləri qəbul edib.