“Neftçi” xal itirdi, "Qarabağ" mövsümə məğlubiyyətlə başladı

Bu gün Misli Premyer Liqasında 2-ci tur başlanıb.

Sportline.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

Yarışın debütantı "İmişli" "Neftçi"ni qəbul edib. Görüş 0:0 hesablı bərabərliklə bitib. 

"Ağ-qaralar" ilk turda "Şamaxı" ilə oyunda da heç-heçə etmişdi. Sözügedən matç 1:1 hesabı ilə yekunlaşmışdı. 

Son çempion "Qarabağ" isə evdə "Sumqayıt"la qarşılaşıb. Oyun "kimyaçılar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu, "Qarabağ"ın 2025/26 mövsümü Misli Premyer Liqasında ilk oyunu olub.

Qeyd edək ki, Premyer Liqanın 1-ci turunda "Sabah" - "Qarabağ" matçı Ağdam təmsilçisinin Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la ilk oyuna görə müraciəti əsasında təxirə salınmışdı.

22 avqust (cümə)

19:30. “Qarabağ” – “Sumqayıt” - 0:1

Qol: Ronaldo Vaskez, 72
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
“Azersun Arena”

17:00. “İmişli” – “Neftçi” - 0:0 
Hakimlər
: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Şamaxı şəhər stadionu

23 avqust (şənbə)

“Kəpəz” – “Karvan-Yevlax”

24 avqust (bazar)

“Şamaxı” – “Sabah”

“Turan Tovuz ” – “Araz-Naxçıvan”

25 avqust (bazar ertəsi)

“Qəbələ” – “Zirə”