"İmişli" "Turan-Tovuz"a, "Neftçi" "Şamaxı"ya qarşı
Bu gün Azərbaycan Premyer Liqasının I turunda daha iki oyun keçiriləcək.
Sportline.az xəbər verir ki, əvvəlcə "Turan Tovuz" "İmişli"nin qonağı olacaq.
Günün ikinci matçında isə "Neftçi" "Şamaxı"nı qəbul edəcək.
Azərbaycan Premyer Liqası, I tur
16 avqust (şənbə)
17:00. “İmişli” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov.
VAR: Tural Qurbanov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu
20:00. “Neftçi” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Neftçi Arena”
Qeyd edək ki, ötən gün "Karvan-Yevlax"la "Qəbələ" meydandan sülhlə ayrılıb - 1:1.
Turun digər oyunları 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.