“İmişli” yeni transferini açıqlayıb
"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan Sportline.az-a verilən məlumata görə, bölgə təmsilçisi yarımmüdafiəçi Xəlil Mürsəlli ilə anlaşıb.
19 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, X.Mürsəlli “Sabah”ın əvəzedicilərdən ibarət komandasında çıxış edib.