"İmişli"dən növbəti transfer
"İmişli" kolumbiyalı müdafiəçi Edvin Banqeranı heyətə qatıb.
Klubdan Sportline.az-a verilən məlumata görə, 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Sol cinah müdafiəçisi Portuqaliyanın II Liqasından “İmişli”yə transfer olunub.
O, son olaraq “Felqeyraş” klubunun şərəfini qoruyub.
Banqera bunadək “Salqeyruş”, “Jil Visente”, “Kovilya” və “Mafra” klublarında oynayıb.