İmmobilenin yeni klubu bəlli olub

İtaliya A Seriyasının təmsilçisi "Bolonya" "Beşiktaş"la müqaviləsini ləğv edən təcrübəli hücumçu Çiro Immobile ilə rəsmi müqavilə bağladığını elan edib.

Sportline.az xəbər verir ki, klub transferi sosial şəbəkə platforması X üzərindən yayımladığı paylaşımda təsdiqləyib. Rəsmi internet saytında yayımlanan açıqlamada bildirilib:

"Bolonya FC 1909 hücumçu Çiro Immobilenin transfer hüquqlarını tam şəkildə əldə etdiyini elan edir."