"İndiana Peysers" seriyada tarazlıq yaratdı

NBA-də pley-off  həyacanı davam edir.

Sportline.az xəbər verir ki, seriyanın ilk oyununda "İndiana"ya qalib gələn "Miluoki Baks" bu dəfə azarkeşlərini məyus edib.

Görüşə daha istəkli başlayan qonaqlar ilk 2 periodda qələbə qazanaraq böyük fasiləyə üstün yollanıblar - 60:55.

3-cü perioda da üstünlüyü əldən verməyən İndiana basketbolçuları 32-28 hesablı qələbəyə seviniblər.

Son perioda 9 xal geridə daxil olan "Miluoki Baks" bu perioda da rəqibinə ciddi müqavimət göstərmiyib və 33-25 hesabı ilə məğlub olub.

Yekunda 125-108 hesabı ilə qələbə qazanan "İndiana Peysers" seriyada hesabı bərabərləşdirib -1:1.

Matçın ən məhsuldar oyunçusu 37 xal, 11 ribaund, 6 asistlə "İndiana"dan Paskal Siakam olub.