İngiltərə klubları De Yonq üçün elçi düşüb
"Barselona"nın niderlandlı futbolçusu Frenki De Yonq mövsümün sonunda klubunu dəyişə bilər.
Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, "Arsenal", "Liverpul", "Çelsi", "Mançester Siti" və "Mançester Yunayted" De Yonqu transfer etmək üçün hərəkətə keçib. 27 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
De Yonqun transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.
O bu mövsüm çıxış etdiyi 25 matçda 2 qol və 1 asistlə yadda qalıb.
Qeyd edək ki, De Yonq 2019-cu ildən "Barselona"da çıxış edir.