İngiltərə klubları Gilanı transfer etmək üçün yarışa girib
"Latsio"nun mərkəz müdafiəçisi Mario Gila qışda komandasını dəyişə bilər.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" və "Brayton" 25 yaşlı stopperlə yaxından maraqlanır.
Oyunçunun dəyəri 30 milyon avrodur.
Qeyd edək ki, M.Gila "Real Madrid"in yetirməsidir.