İngiltərə millisini kim çalışdıracaq?
İngiltərə Futbol Federasiyası milli komandanın sükanının Qaret Sautqeytə həvalə etmək qərarına gəlib. SportLine.az xəbər verir ki, hazırda baş məşqçinin səlahiyyətlərini həyata keçirən 46 yaşlı mütəxəssisə 4 illik müqavilə təklif olunub. Tərəflər razılığa gəlsə, Sautqeyt ilinə 1,5 milyon funt qazanacaq. Bu da təxminən 3 milyon AZN-dən çox dəyərindədir.