İngiltərə millisinin heyəti açıqlandı - Arnold, Palmer və Foden siyahıda yoxdur
İngiltərə milli komandasının baş məşqçisi Tomas Tuxel ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatında iştirak edəcək 26 nəfərlik yekun heyəti elan edib. Alman mütəxəssisin seçimləri dünya futbolunda böyük rezonans doğurub.
Sportline.az xəbər verir ki, Tuxelin siyahısında ən çox diqqət çəkən məqam bəzi aparıcı futbolçuların heyətdən kənarda qalması olub. Klublarında zəif mövsüm keçirən Fil Foden (Mançester Siti) və Koul Palmer (Çelsi) heyətə dəvət almayıblar. Bundan əlavə, müdafiəçilər Trent Aleksander-Arnold və Harri Maquayr da Tuxelin qərarı ilə siyahıya daxil edilməyiblər. Maquayr bu qərardan sonra sosial mediada şoka düşdüyünü və məyus olduğunu gizlətməyib.
Siyahının ən böyük sürprizi isə Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunda çıxış edən İvan Touninin heyətə çağırılması olub. Tuxel komandanı ulduz adlara görə deyil, forma durumuna və daxili ab-havaya görə formalaşdırdığını xüsusi vurğulayıb.
İngiltərə millisinin DÇ-2026 heyəti tam siyahıda belədir:
Qapıçılar: Cordan Pikford ("Everton"), Din Henderson ("Kristal Pelas"), Ceyms Trafford ("Mançester Siti").
Müdafiəçilər: Ris Ceyms ("Çelsi"), Tino Livramento, Den Bern (hər ikisi — "Nyukasl"), Mark Gehi, Con Stounz, Niko O’Rayli (hamısı — "Mançester Siti"), Ezri Konsa ("Aston Villa"), Carell Kvansa ("Bayer", Almaniya), Ced Spens ("Tottenhem").
Yarımmüdafiəçilər: Deklan Rays, Bukayo Saka, Noni Madueke, Ebereçi Eze (hamısı — "Arsenal"), Elliot Anderson ("Nottingem Forest"), Cud Bellinqem ("Real Madrid", İspaniya), Cordan Henderson ("Brentford"), Morqan Rocers ("Aston Villa"), Kobbi Meynu ("Mançester Yunayted").
Hücumçular: Harri Keyn ("Bavariya", Almaniya), Ayvan Touni ("Əl-Əhli", Səudiyyə Ərəbistanı), Olli Votkins ("Aston Villa"), Markus Reşford ("Barselona", İspaniya), Entoni Qordon ("Nyukasl").