İngiltərə nəhəngi bu futbolçuya görə 50 milyon avro ödəməyə hazırdır

"Mançester Yunayted" "Brayton"un kamerunlu futbolçusu Karlos Balebanı transfer etmək üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, bu haqda "Talk Sport" nəşri məlumat yayıb.

Mançester klubu bu keçid üçün qarşı tərəfə 50 milyon avro təklif edib.

Lakin "Brayton"un rəhbərliyi ən azı 60 milyon avro tələb edir.

Qeyd edək ki, Baleba bu mövsüm 9 rəsmi matçda meydanda olub. Məhsuldarlıq göstəricisi yoxdur.