İngiltərə nəhəngi qapıçısını satmaq istəyir

"Mançester Yunayted" kamerunlu qapıçısı Andre Onana ilə bağlı qərar verib.

Sportline.az "İ Paper" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi 29 yaşlı futbolçunun çıxışından narazıdır.

Bu səbəbdən Onana bu yay satılacaq. "Mançester Yunayted" təcrübəli kiper üçün ən azı 30 milyon avro tələb edir.

Qeyd edək ki, Onana "Mançester Yunayted"ə 2023-cü ilin yayında "İnter"dən 50.2 milyon avro qarşılığında transfer olunmuşdu.