İngiltərəli ulduz Çin səmasını bəzəməyəcək

"Mançester Yunayted"in firvardı Ueyn Runi çinlilərin təklifini müsbət cavablandırmayıb. Sportline.az Sky Sports-a istinadən xəbər verir ki, onun fevralda Mançesteri tərk edəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Bundan əvvəl yayılan xəbərlərdə Runinin "Quancjou Everqrand" və "Beytsin Quoan" klublarının illik 32 milyon funt sterlin dəyərində təklifini qəbul etdiyi bildirilirdi. Xatırladaq ki, Runinin "Mançester Yunayted"lə müqaviləsinin müddəti  2018-ci ilin yayında bitir.