"Əl-Nəsr" argentinalı futbolçunun izinə düşüb

"Əl-Nəsr" "Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaçonu transfer etmək üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, bu haqda "Tele Football" nəşri məlumat yayıb.

"Mançester Yunayted" Qarnaço üçün ən azı 50 milyon avroluq təklif gözləyir.

Oyunçu klubdan ayrılmaq istədiyini açıqlayıb. Bu səbəbdən İngiltərə klubu 21 yaşlı futbolçunun ayrılmasına mane olmayacaq.