"İnter Mayami" "Atletiko"dan futbolçu alır
"Atletiko Madrid"in argentinalı futbolçusu Rodriqo De Poul karyerasını MLS-də davam etdirməyə yaxındır.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "İnter Mayami" De Poul üçün 25 milyon avro ödəməyə hazırdır.
Madrid klubunun rəhbərliyi bu təklifə müsbət cavab verib. Tərəflər arasında danışıqlar davam edir. Transferin bu həftə reallaşması gözlənilir.
Qeyd edək ki, De Poul karyerası ərzində "Atletiko" ilə yanaşı, "Rasinq", "Valensiya" və "Udineze" kimi klublarda çıxış edib.