"İnter Mayami" daha bir argentinalı futbolçunu heyətinə qatıb

"İnter Mayami" klubu heyətini gücləndirməyə davam edir.

Sportline.az xəbər verir ki, "Atletiko Madrid"in argentinalı yarımmüdafiəçisi Rodriqo De Poul yeni mövsümdən etibarən "İnter Mayami"nin uğurları üçün çalışacaq.

Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

31 yaşlı futbolçu üçün MLS klubu 15 milyon avro ödəyəcək. 

Qeyd edək ki, De Poul yeni komandası ilə 4 illik müqavilə imzalayıb.