"İnter Mayami" daha bir ulduzun ovuna çıxıb

"İnter Mayami" "Santos"un brazilyalı ulduz futbolçusu Neymarı yanvar ayında azad agent kimi transfer etməyi düşünür.

Sportline.az "Diario As" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı sol cinah vingerinin Brazilya klubu ilə sözləşməsi dekabr ayının 31-də başa çatacaq.

MLS klubu Neymarın meneceri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, təcrübəli futbolçu bu mövsüm meydana çıxdığı 21 matçda 6 qol, 3 asistlə yadda qalıb.