"İnter Mayami"nin ulduz futbolçuları basketbol matçını izləyiblər

"İnter Mayami"nin futbolçuları basketbol komandasına dəstək üçün NBA matçında iştirak ediblər.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Lionel Messi, Luis Suarez , Jordi Alba və Serxio Busqets NBA-nın pley off mərhələsində keçirilən "Mayami Hit" - "Boston Seltiks" oyununu izləyiblər.

Görüş "Boston Seltiks"in 102-88 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu matçdan sonra seriyada hesab 3-1 "Boston"un xeyrinə olub. Seriyada 4 qələbəyə çatan komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq.

Tərəflər arasındakı 5-ci oyun mayın 2-də Bostonda baş tutacaq.

Qeyd edək ki, "Boston Seltiks" NBA-nın müntəzəm mövsümünü Şərq Konfransında lider tamamlayıb.

"Mayami Hit" isə Qərb Konfransını 8-ci pillədə başa vurub.