"İnter" - "Mladost" matçının hakimləri bəlli oldu

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "İnter" - "Mladost" (Luçani) oyununun hakim təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, qarşılaşma Ukraynadan olan briqadaya həvalə edilib.

İyulun 6-da baş tutacaq matçın baş hakimi Nikolay Balakin olacaq. Ona həmyerliləri - Vladimir Volodin və Aleksandr Korniyko köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Anatoli Jabçenko yerinə yetirəcək.

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək "İnter" - "Mladost" oyunu saat 21:00-da başlayacaq.