Arda Turan "Trabzonspor"u çalışdıra bilər
“Trabzonspor”da Fatih Tekke dönəmi başa çatıb.
Sportline.az xəbər verir ki, klub rəhbərliyi təcrübəli mütəxəssislə qarşılıqlı razılaşma əsasında yolları ayırıb. “Trabzonspor”da Tekkenin yerinə kimin gətiriləcəyi isə gündəmin əsas mövzularından biridir. “HT Spor”un məlumatına görə, “Trabzonspor”un namizədlər siyahısında Fatih Terimin də adı yer alır. Bildirilir ki, klub rəhbərliyində Terimə yaxın olan bəzi şəxslər var.
Məlumata görə, “Trabzonspor”un ilk görüş keçirdiyi məşqçi isə Arda Turandır. Arda Turanın “Şaxtyor”dan ayrılmağa razılıq verməsi halında rəhbərliyin komandanı gənc mütəxəssisə tapşırmaq istədiyi qeyd olunur.