"İnter" - "Mladost" matçının məkanı dəyişdirildi
“İnter”in Avropa Liqasında “Mladost”la oyununun stadionu dəyişdirilib. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi yenidən “Dalğa Arena” variantına dönüb.
I təsnifat mərhələsindəki qarşılaşmanın ilk olaraq məhz bu arenada keçirilməsi planlaşdırılsa da, sonradan rəhbərlik 8-ci km qəsəbə stadionunu üstün tutmuşdu. Lakin yenidən qərarını dəyişən bakılılar Serbiya klubunu “Dalğa Arena”da qəbul etmək qərarına gəliblər.
Qeyd edək ki, “İnter”lə “Mladost” arasında ilk oyun iyunun 29-da Luçanidə, cavab qarşılaşması isə iyulun 6-da Bakıda baş tutacaq.