"İnter" 3 cavabsız qolla qalib gəldi
Bu gün UEFA Avropa Liqasında yeni mövsüm start götürür. SportLine.az xəbər verir ki, I təsnifat mərhələsində Azərbaycan iki klubla təmsil olunur.
Premyer Liqanın üçüncüsü - "İnter" ilk oyununa səfərdə çıxacaq. Serbiyada "Mladost"un qonağı olacaq Zaur Svanadzenin komandası vətənə sərfəli nəticə ilə qayıtmaq niyyətindədir.
29 iyun 2017
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
“Mladost” (Luçani, Serbiya) – “İnter” (Azərbaycan) - 0:3
QOLLAR: Skarlatake, 23 (0:1); Skarlatake, 41 (0:2); Rauf Əliyev, 75 (0:3)
Baş hakim: Aleksey Matyunin
Baş hakimin köməkçiləri: Anton Kobzev, Aleksey Lunyov
Dördüncü hakim: Yevgeni Turbin (hamısı Rusiya)
Hakim-inspektor: Bernardino Qonzales Vaskes (İspaniya)
UEFA nümayəndəsi: Paolo Rondelli (San-Marino)
Luçani. “Mladost” stadionu