"İnter" "Slovan"a qarşı
Türkiyədə təlim-məşq toplanışını davam etdirən Bakının "İnter" klubu növbəti yoxlama oyununu keçirəcək. SportLine.az xəbər verir ki, Zaur Svanadzenin yetirmələri Slovakiyanın "Slovan" klubu ilə qarşılaşacaqlar.
Görüş bu gün Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, buna qədər “Verder”in əsas və əvəzedici komandaları ilə qüvvəsini sınayan “bankirlər” hər iki görüşdə 0:1 hesabı ilə uduzub.
19 yanvar 2016
Yoxlama oyunu
19:00. "İnter" - "Slovan"