"İnter" "Sumqayıt"a məğlub oldu
DÇ-2018-in seçmə mərhələsi ilə əlaqədar olaraq Topaz Premyer Liqasında verilmiş fasilədən istifadə edən klublar yoxlama oyunlarında güclərini sınayırlar. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “İnter” və “Sumqayıt” da sınaq görüşündə üz-üzə gəliblər.
“İnter Arena”da baş tutan qarşılaşma “kimyaçılar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.