"İnter" yeni hücumçu axtarışındadır

"İnter" klubu heyətinə yeni hücumçu transfer etməyi düşünür.

Sportline.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted"in danimarkalı futbolçusu Rasmus Höylund "İnter" maraq daiərəsindədir.

22 yaşlı futbolçunun dəyəri 35 milyon avrodur.

Qeyd edək ki, Rasmus "Mançester Yunayted"ə 2023-cü ilin yayında "Atalanta"dan 77.8 milyon avro qarşılığında transfer olunmuşdu.