"İnter"dən növbəti məğlubiyyət

Türkiyədə təlim-məşq toplanışını davam etdirən Bakının "İnter" klubu növbəti yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, Zaur Svanadzenin yetirmələri Slovakiyanın "Slovan" klubu ilə qarşılaşıblar.

Görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb - 0:2.

Qeyd edək ki, buna qədər “Verder”in əsas və əvəzedici komandaları ilə qüvvəsini sınayan “bankirlər” hər iki görüşdə 0:1 hesabı ilə uduzub.

Banner