"İnter"in 3 futbolçusu "Neftçi"yə keçir
"İnter"in 3 futbolçusu karyerasını "Neftçi"də davam etdirəcək. Sportline.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Zaur Svanadze "Qəbələ" ilə bugünkü oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, kapitan Nizami Hacıyevin "ağ-qaralar"a keçəcəyi dəqiqdir. Gürcüstanlı mütəxəssis qapıçı Səlahət Ağayev və müdafiəçi Tərlan Quliyevin də "Neftçi"yə keçməyə yaxın olduğunu bildirib. Svanadze əsas heyət üzvlərini itirməkdə olduqlarını qeyd edib.