"İnter"in son sınağında qalib gəldi
Boluda təlim-məşq toplanışında olan "İnter" bu gün sonuncu yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, Bakı klubu Rumıniyanın "Vitorul Konstanța" komandası ilə qarşılaşıb.
Oyun "İnter"in qələbəsi ilə yekunlaşıb - 2:1.
Qeyd edək ki, toplanış çərçivəsində artıq iki qarşılaşmada gücünü sınamış “İnter” ilk oyununda Kamerun klubu “Columbe Sportive”yə 1:0 hesabıyla qalib gəlib, ikinci oyununda isə digər təmsilçimiz “Zirə”yə 0:2 hesabı ilə məğlub olub.