"İnter"in transfer büdcəsi açıqlandı
Milan "İnter"i transfer əməliyyatlarına 110 milyon avro xərcələyə biləcək. Sportline.az xəbər verir ki, klubun çinli səhmdarları bu məbləğlə kifayətlənməyəcəklər. Satışdan əldə olunan gəlir də yeni futbolçuların heyətə qatılmasına sərf olunacaq. Qeyd edək ki, milanlıların İvan Perişiç, Andrea Ranokkya, Stevan Yovetiç, Ceyson Murilyo və Marselo Brozoviçlə yollarını ayıracağı haqda məlumatlar dolaşır.