"İnter"in yeni transfer hədəfi

"Mançester Siti"nin almaniyalı futbolçusu İlkay Gündoğan karyerasını İtaliya S Seriyasında davam etdirməyə yaxındır.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "İnter"in baş məşqçisi Simone İnzagi İlkayın xidmətində maraqlıdır. İtaliya klubun rəhbərliyi futbolçunu mövsümün sonunda azad agent kimi transfer etmək istəyir.

İlkay Gündoğanın hazır ki dəyəri "Transfermarkt" portalına görə 10 milyon avrodur.

Qeyd edək ki, 34 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 22 matçda 2 qol və 1 asistlə yadda qalıb.