İsak: “Tarix yazmaq istəyirəm”

"Liverpul"un yeni transferi Aleksander İsak jurnalistlərə müsahibəsində iddialı açıqlamaları ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, 25 yaşlı isveçli hücumçu müsahibəsində bildirib:

“Bu inanılmazdır. Uşaqkən belə bir şeyi heç ağlıma gətirə bilməzdim. Belə böyük bir klubda olmaq və kluba aid tarix üzərində qurulan layihənin bir hissəsi olmaq, artıq əldə etdiyi uğurların üstündə çalışmağa qoşulmaq – bu, mənim üçün böyük qürurdur, - deyə İsak bildirib.