İsayev paylaşdığı videoyla ajiotaj yaratdı: "Səhv anlaşıldığını gördüyüm üçün sildim"
"Sabah"ın və millimizin futbolçusu Aleksey İsayev koronavirusdan müalicəsini evdə davam etdirir.
Sportline.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin testinin cavabı pozitiv çıxandan sonra sosial şəbəkədə Dağüstü parkdan paylaşdığı videoyla bağlı anlaşılmazlıq yaranıb. Həmin video insanlar arasında böyük ajiotaj yaradıb ki, insan xəstə ola-ola çıxıb şəhəri gəzir.
Aleksey Sport24.az saytına açıqlamasında hər şeyə aydınlıq gətirib. O, nəticəsi pozitiv çıxandan sonra evdə olduunu diqqətimizə çatdırıb: "İnsan açıq hava üçün darıxır. Ona görə həmin videonu paylaşdım. Amma səhv anlaşıldığını gördüyüm üçün sildim. Hazırda özümü yaxşı hiss edirəm. Sosial izolyasiya müddətimi başa vurub məşqlərə qayıdacağım günü səbirsizliklə gözləyirəm".
Xatırladaq ki, İsayev bu həftənin əvvəlində "korona"ya tutulub.