İslandiya Hocsonu istefaya göndərdi
"Avro-2016"da növbəti baş məşqçi istefası gerçəkləşib. SportLine.az xəbər verir ki, İngiltərə millisinin çalışdırıcı Roy Hocson vəzifəsindən gedib. İslandiyaya məğlubiyyətdən sonra bu qərarı verən mütəxəssis bunları deyib: "Futbolda əsas nəticədir. Gənc və istəkli komandamız var. Bu heyət istənilən yarışda uğur qazanmağa qadirdir. Biz bunu bacarmadıq".