"İslandiya ilə qarşılaşmaya ciddi hazırlaşmışıq"

Azərbaycan yığması İslandiya ilə matça ciddi hazırlaşıb.

Sportline.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov deyib.

Yarımmüdafiəçi İslandiya yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Bizi sabah ağır oyun gözləyir. Qarşılaşmaya ciddi hazırlaşmışıq. İnanırıq ki, baş məşqçimizin verdiyi tapşırıqları layiqincə yerinə yetirəcəyik. Hazırda motivasiyamız yüksəkdir. Sabah sözümüzü meydanda deməyə çalışacağıq".

Qeyd edək ki, sentyabrın 5-də reallaşacaq İslandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.