İspaniya kuboku: "Barselona" qalib gəldi

İspaniya kubokunda 1/4 final mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. 

Yarışın favoritlərindən "Barselona" Bilbao səfərində qələbə qazanıb. "Atletiko" isə "Selta Viqo"nun müqavimətini qıra bilməyib.

20 yanvar 2016
"Kopa del Rey", 1/4 final

"Selta Viqo" - "Atletiko" (Madrid) - 0:0

"Atletik" (Bilbao) - "Barselona" - 1:2
Qollar:
 Əl Haddadi, 18 (0:1), Neymar, 24 (0:2), Aduriz, 89 (1:2)