İspaniya kuboku: İsrafilovun komandası uduzdu

İspaniya kubokunda 1/8 final mərhələsinin ilk oyunları yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib. 

Azərbaycan millisinin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Eybar" "Las Palmas"la görüşdə məyus olub. Oyuna start heyətində daxil olan İsrafilov 70-ci dəqiqədə əvəzlənib. Futbolçumuz sarı vərəqə ilə yadda qalıb. 

"Kadiz" isə "Selta Viqo"nun müqavimətinə tab gətirə bilməyib.

07 yanvar 2016
"Kopa del Rey", 1/8 final

"Kadiz" - "Selta Viqo" - 0:3
Qollar:
 Quidetti, 25 (0:1), Jonni, 58 (0:2), Quidetti, 79 (0:3)

"Eybar" - "Las Palmas" - 2:3
Qollar:
 Hayroviç, 10 (1:0), Aythami, 16 (1:1), Berjon, 20 (2:1), Vakaso, 60 (2:2), Momo, 90+1 (2:3)
Qırmızı vərəqələr: Hayroviç, 82, Eskalante, 86 (hər ikisi "Eybar")