İspaniya kuboku: "Sevilya" və "Valensiya"dan fərqli nəticələr

İspaniya kubokunda 1/4 finalın ilk görüşləri yekunlaşıb. SportLine.az xəbər verir ki, oyun günündə daha iki qarşılaşma keçirilib. 

Yarışın favoritlərindən "Sevilya" doğma meydanda "Mirandes"i üstələyib. "Valensiya" isə "Las Palmas"la bacarmayıb.

21 yanvar 2016
"Kopa del Rey", 1/4 final

"Valensiya" - "Las Palmas" - 1:1
Qollar:
 Zahibo, 38-avtoqol (0:1), Pako, 61 (1:1)

"Sevilya" - "Mirandes" - 2:0
Qollar:
 N'Zonzi, 20 (1:0), Vitolo, 90+4 (2:0)