İspaniya Kubokunun yarımfinal mərhələsinin püşkü atılıb

Futbol üzrə İspaniya Kubokunun yarımfinal mərhələsinin püşkü atılıb.

Sportline.az xəbər verir ki, "Barselona" bu raundda "Atletiko Madrid" ilə üz-üzə gələcək.

"Real Madrid" isə "Real Sosyedad"la qarşılaşacaq.

Qarşılaşmaların başlama tarixi daha sonra açıqlanacaq.