İspaniyada ən yaxşı məşqçi alman seçildi
İspaniya La Liqasında fevral ayının ən yaxşı baş məşqçisi müəyyən edilib.
Sportline.az xəbər verir ki, bu mükafata Barselona'nın baş məşqçisi Hans-Diter Flik layiq görülüb. Alman mütəxəssis səsvermədə Xose Bordalas ("Xetafe") və Karlos Korberanı ("Valensiya") geridə qoyub.
Qeyd edək ki, "Barselona" fevral ayında keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb və 54 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb.